Ermənistanda ata iki azyaşlı uşağı ilə birlikdə özünü 9-cu mərtəbədən atıb

10:47 - 5 May 2020 - Xəbər

Ermənistanın paytaxtı İrəvan şəhərində ata iki uşağı ilə birlikdə özünü 9-cu mərtəbədən atıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə bu gün səhər saatlarında paytaxtda yerləşən binalardan birində qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində 40 yaşlı Karen M., 8 yaşlı oğlan və 5 yaşlı qız uşaqlarının meyitini aşkarlayıblar. Hadisə şahidlərinin sözlərinə görə, şəhər sakini övladlarını 9-cu mərtəbədən atdıqdan sonra özünü də binadan atıb.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti