İndiki dövrdə vətəndaş cəmiyyətlərinin məsuliyyət yükü və rolu böyükdür

17:43 - 5 May 2020 - KİVDF

Sosial şəbəkələrdə nizamsız informasiyaların dolaşdığı bir şəraitdə, vətəndaş cəmiyyətləri institutları daha düzgün informasiyaların paylaşılması istiqamətində fəaliyyətini artırıb

İndiki dövrdə vətəndaş cəmiyyətlərinin məsuliyyət yükü və rolu böyükdür. Bu bir həqiqətdir ki, dünya ölkələrində bütün sahələrdə yeniliklər gözlənilir. İntiharlar, aclıq, iqtisadi, sosial problemlər inkişaf etmiş böyük dövlətlərdə daha çox görünəcək. Bu prosesin qarşısının alınmasında vətəndaş cəmiyyəti öz etibarlılıq funksiyasından istifadə edərək insanlara çıxış yolu tapmalıdır. İnsan hüquqlarını müdafiə etməli, qanunsuzluqların qarşısını alacaq daha böyük layihələrə imza atmalıdırlar.

Bu sahədə QHT-rı birləşməli, iri dövlətlərdə miqrantlara qarşı yönələn haqsızlığın, kütləvi qırğınların qarşısı alınmalıdır. Azərbaycan QHT-də bu sahədə fəal olmalıdır. Ölkəmizdə 1 milyon 300 mindən çox qaçqın və məcburi köçkünlərin haqları müdafiə olunmalı, ermənilərin torpaqlarımızdan çıxarılması, boş ərazilərdə əhalinin məşğulluğunun təmin edilməsinə, iqtisadiyyatın inkişafına çalışılmalıdır. Bu sahədə QHT-nın üzərinə böyük öhdəliklər düşür.   

Bunu “Əlil Qadınlar” İctimai Birliyinin sədri Məhluqə Qaramanlı deyir. Onun sözlərinə görə, yaşadığımız dövr olduqca ağır, rəngarəng bir dövrdür. Virtual aləmin inkişafını rahat görürük. Lakin Virtual aləmin demokratyaya daha çox zərbə vurması da asanlıqla sezilir. İnsanlar daha çox virtual aləmin ətrafında fırlanır. Gənclərin gələcəyini qorumaq olmur. Yaxşı, pis, hər kəs bu sahəyə öz aləmlərində maraqlıdır. Kitab oxunmur.

Tərbiyədə ciddi problemlər görünür. Lakin yaxşı tərəflərini fikirləşəndə, məlumatların mobil ötürülməsi də insan şüurunda inkişaf hesab edilir. Düşüncələr dəyişir, demokratya, söz azadlığı istər, istəməz yaranır. Hər kəs öz fikrini virtual aləmdə sərbəst ifadə edir. Virtual aləmin üstünlüklərindən istifadə edərək daha çox əməkdaşlıq edən tərəflər əhatəli onlayn konfranslar təşkil etməlidirlər. Fikirlər üzərində müzakirələr aparılmalı, daha sıx qarşılıqlı əməkdaşlıq olunmalıdır. İş adamları, dövlət qurumları, sadə vətəndaşlar, təhsil müəssisələri virtual aləmin üstünlüklərini az da olsa gördülər. Bu olduqca böyük bir inkişafın mərhələsini qoydu. Bunun davam etdirilməsi ilə virtual aləmdə seminarlar, təlimlər konfranslar, müzakirələr təşkil olunarsa, görünən problem asanlıqla aradan qaldırıla bilər.

Eləcə də, Vətəndaş Cəmiyyətinin inkişafında virtuallaşmanın böyük rolu var. Lakin Vətəndaş cəmiyyəti də vertual seminarlar, konfranslar, inkişaf sahəsini əhatə edəcək proqramlar üzərində yeniliklər etməlidir. Bu çox vacibdir. Məsələn, biz Əlil Təşkilatları İttifaqı olaraq Avropa Birliyinin onlayn konfransına qatılırıq. Bütün dünyanın Əlil təşkilatları, o cümlədən də Azərbaycan virtual təlimə qoşulur. Bu proqramın inkişafına çalışılmalıdır.

 Pandemiya insanları evlərinə “həbs” edəndən sonra adamların sosial şəbəkədə olma müddəti 100 dəfə artıb. Yəni sosial media üzərindən daha çox vətəndaşla görüşmək imkanı var. Sosial şəbəkələrdə nizamsız informasiyaların dolaşdığı bir şəraitdə, vətəndaş cəmiyyətləri institutları daha düzgün informasiyaların paylaşılması istiqamətində hansı işləri görə bilir və hansı effekti var sualına  “Əlil Qadınlar” İctimai Birliyinin sədri Məhluqə Qaramanlı bildirdi ki, buna “həbs” deməzdim. Əslində insanlar evlərində qalmaqla fəlakətin qarşısını aldılar. Ölkə Prezidentinin bu sahədə həsas davranışı, operativlik, vaxtında tədbirlərin görülməsinə görə problem  daha tez həll edildi. Sosial şəbəkə kifayət qədər yüklənib.  Sosial media üzərindən daha çox vətəndaşla görüşlər təşkil olundu. Hökumətin müxtəlif qurumları əhali ilə sıx təmasda oldu, suallara cavab tapa bilməyənlərin problemləri asanlıqla həll edildi. Siz də qeyd etdiyiniz kimi, sosial şəbəkələrdə nəhəng nizamsız informasiyaların dolaşdığı bir şəraitdə, vətəndaş cəmiyyətləri institutları daha düzgün informasiyaların paylaşılması istiqamətində böyük maarifləndirilmə işlərində xüsusi önəm daşıyır. Hər bir QHT üzvləri ilə müzakirələr aparılır, suallara hüquqi baxımdan cavablandırılmalar edirlər, maarifləndirilmə, əlaqələndirilmə işlərini həyata keçirilər. Nəticədə əvvəllər həlli  əl çatmaz məsələlərə daha operativ cavablar verməklə, yüksək nəticələr əldə edilir.

Onun sözlərinə görə,  yaşadığımız elm, texnikanın bu qədər inkişaf etdiyi bir dövrdə təsadüfü bir virusun insan həyatında yaratdığı problemlər nələri üzə çıxarmadı? Doğrudur, bu sahədə ciddi problemlərlə qarşılaşan ailələr olduqca çoxdur.  Belə ailələr sosial dəstəyi ala bilmədilər. Digər tərəfdən də qanunvericilik öz sözünü deyir. Lakin insanların özləri vaxtında öz problemini həll etməlidir. Müqaviləsiz işləməməlidirlər. İnsanlar özləri məsuliyyət daşımalıdır. Hər birimiz virtual aləmin resurslarından istifadə edib, problemini həll edənləri də gördük.

Əlil Qadınlar” İctimai Birliyinin sədri Məhluqə Qaramanlı  qeyd edir ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair ƏSASNAMƏ təsdiq edilib. Ölkə prezidentinin bütün dövlət qurumları yanında İctimai Şuraların yaradılmasına dair göstərişləri dövlət qurumlarında şəffaflığın yaranmasında əsas amil hesab edilir. Əmək və Əhalinin Sosial Təminat Naziri cənab Sahil Babayev İctimai Şuranın fəaliyyətinə çox önəm verir. Mütəmadi Şura üzvləri ilə görüşür, onların qarşısında manitorinqlər üçün tələblər qoyur. Bu təcrübə bütün digər qurumlara bir nümunə olmalıdır. İnanıram ki, insanlarla idarələr arasında mobil iştirakçılıq ictimai Şura tərəfindən təkliflərin hazırlanması, təqdim edilməsi, nəticələrə nail olmasına çalışılacaq.

Onun sözlərinə görə, bu gün, ölkədə müxalifət və iqtidar bir masada oturmalıdırlar. Ölkəmiz müharibə şəraitindədir. Torpaqlarımızın işğaldan azad olması hər birimiz üçün olduqca önəmlidir. Bu vəziyyətdə olan bir xalqın müxalifətinin virtual aləmdə təhqir, söyüş, xoşa gəlməz ifadələrlə danışması, müxalifət dediyimiz o insanları çox hörmətdən salır. Bəzi QHT-lər də daxil olmaqla, bəzi siyasi partiya rəhbərləri müxalifət kimi formalaşmaq üçün xarici donorlardan aldıqları vəsaiti ölkəmiz əleyhinə istiqamətləndirirlər. Həmin “donorlar” qarşısında öhtəlik götürən bu qüvvələr “demokratiya” adı altında ölkədə narahatçılıqların yaradılmasına maraqlıdırlar. Hər kəs onların bu yanaşmasını təhqiramiz qarşılayır. Axı müxtəlif şəbəkələrə yüklənən həmin təhqiramiz fayllara qadın, uşaq, gənc, bəzən analarımız baxır. Bu tükürpədici ifadələr kimə və nəyə lazım?..

Ölkənin rəhbəri idarə etməni gözəl bilir. Şükürlər olsun ki, əhalinin yaşam tərzi, sosial islahatlar, idarəetmədəki dəyişikliklərdə son irəliləyişlər özünü göstərir. Torpaqlarımızın geri qaytarılması, İravan, Göyçə, Zəngəzur torpaqlarının tarixi torpaqlarımız olduğunu cənab Prezident İlham Əliyev dəfələrlə beynəlxalq konfranslarda bəyan edib. Elə son hadisələr Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında Nikol Paşinyanla debatı zamanı ciddi iradlarını bildirməsi, bizim üçün fəxr deyilmi? Nəyə görə bu təbliğatı müxalifətdə birləşən rəhbərlər etməsinlər? Bu gün iqtidarın müxalifətlə dəyirmi masanın təşkili ölkəmiz üçün olduqca əhəmiyyəti olan bir məsələdir. Mən bir QHT rəhbəri olaraq nunu dəstəkləyirəm. Demokratiya mənim ölkəmdədir.  Demokratik dediyimiz ölkələrin Pandimiya (COVİD - 19) nə qədər insan ölümü fakdı göz qabağındadır.

Son olaraq ölkəmə əminəmanlıq, tezliklə qarşılaşdığımız bu bəladan qurtarmağımızı, stabil həyata bütünlüklə dönüşümüzü arzulayıram.  İnanıram ki, vətəndaşı olduğumuz Azərbaycan dövləti bütün bu problemi aşacaq.  İnkişaf edən, xoşbəxt cəmiyyəti olan bir dövlət olaraq, torpaqlarımızın azad olunmasına nail olacağıq.  Bu mövzuda   məndən müsahibə aldığınız üçün təşəkkür edirəm.

T. Qafarlı

 

Xəbər xətti