İranda son sutkada 74 nəfər koronavirusdan ölüb

14:54 - 4 May 2020 - DÜNYA

İranda son 24 saat ərzində 74 nəfər yeni növ koronavirusdan (COVID-19) vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 6 277 nəfərə çatıb.

İranda indiyə kimi koronavirusa 98 647 nəfər yoluxub, xəstəlikdən 79 397 nəfər sağalıb.///Apa

Xəbər xətti