Əfqanıstanda terror aktı törədilib, 18 hərbçi öldürülüb

10:43 - 4 May 2020 - DÜNYA

Əfqanıstanın Helmend əyalətində avtomobilin partladılması nəticəsində 18 hərbi qulluqçu ölüb.

“Report” “TOLO News”a istinadən xəbər verir ki, hadisə Əfqanıstan Milli Ordusu və Milli Təhlükəsizlik İdarəsinin nəzarət-buraxılış məntəqəsinin qarşısında törədilib.

Məlumata görə, partlayışla bağlı məsuliyyəti “Taliban” öz üzərinə götürüb.

Xəbər xətti