Təhsil Nazirliyi dərsliklərin istehsalına 9 mln. manat xərcləyəcək

10:35 - 4 May 2020 - Xəbər

Azərbaycan Təhsil Nazirliyi 2020-2021-ci tədris ilinə dərsliklərin istehsalı ilə bağlı keçirilən üç tenderin qaliblərini müəyyənləşdirib.

Məlumata görə, tender komissiyasının qərarına əsasən, nazirliyin elan etdiyi tenderlərin qalibləri "Təhsil" Nəşriyyat Poliqrafiya MMC, "Çaşıoğlu Elm-İstehsalat" MMC və "Aspoliqraf LTD" seçiliblər. Şirkətlərlə ümumi dəyəri 9 mln. manatdan çox təşkil edən müqavilələr imzalanıb.

Müqavilələrə əsasən, 2020-2021-ci tədris ilinə "Təhsil" Nəşriyyat Poliqrafiya tərəfindən ümumi təhsilin ictimai fənləri üzrə dərsliklərin, "Çaşıoğlu Elm-İstehsalat" tərəfindən ümumi təhsilin texniki fənləri və məktəbəhazırlıq proqramı üzrə dərsliklərin, "Aspoliqraf LTD" tərəfindən isə peşə ixtisasları üzrə dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işləri həyata keçiriləcək.///Apa

Xəbər xətti