Çində son sutka ərzində koronavirusa 3 nəfər yoluxub

09:31 - 4 May 2020 - DÜNYA

Çində son sutka ərzində yeni növ koronavirusa 3 yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər. Məlumata əsasən, hər üç yoluxma halı xaricdən gələn vətəndaşlarda qeydə alınıb. Bildirilir ki, ölkədə hazırkı dövrədək xaricdən gələn vətəndaşlar arasında 1 675 yoluxma halı aşkarlanıb, onlardan 1 273 nəfəri sağalıb.

Bildirilir ki, son günlər ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82,8 mindən, ölənlərin sayı isə 4,6 mindən çoxdur.

Xəbər xətti