Azərbaycanda zəlzələ oldu
03:53 - 4 May 2020 - Xəbər
Mayın 4-ü yerli vaxtla saat 02:00-da Gəncə stansiyasından 49 km şimalda Samux ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) verilən məlumata görə, yeraltı təkanların maqnitudası 3,1 bal olub.
Zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.