Türkiyədə iki azərbaycanlı narkotacir tutuldu

19:06 - 3 May 2020 - Xəbər

Türkiyənin Ankara şəhərinin Kahramankazan rayonunda iki azərbaycanlı tutulub. 

Onların üzərindən 100 qram narkotik maddə olan metamfetamin götürülüb. Hüquq-mühafizə orqanları onların narkotik ticarəti ilə məşğul olduqlarını ehtimal edir. Şübhəlilərdən biri qadındır.

İstintaq nəticəsində məlum olub ki, İstanbuldan Ankaraya narkotik maddə gətirmək istəyən şəxslər koronavirusa görə şəhərlərarası gediş-gəlişin mümkünsüz olduğunu bildikləri üçün guya babaları ölübmüş kimi saxta “dəfn icazəsi” alıblar.

Hazırda iş üzrə istintaq davam edir. ///oxu.az

Xəbər xətti