Türkiyədə koronavirusdan daha 78 nəfər ölüb

21:24 - 2 May 2020 - DÜNYA

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 78 nəfər ölüb.

Bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 36 318 şübhəli koronavirus testindən keçib, onlardan 1983-nün cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3336 nəfər ölüb, 124 375 nəfər bu infeksiyaya yoluxub, 58 259 nəfəri isə müalicə olunub. Bu gün 4451 xəstə evə buraxılıb.///Apa

Xəbər xətti