Ana səhifə
16 Noyabr 2018

Ərdoğanın işarə etdiyi “Çörçilin hıçqırığı”

Ötən gün Türkiyə Cümhuuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Marmara universitetinin akademik ilinin açılışında iştirak edib. Prezident açılış mərasimindəki çıxışı zamanı tələbə və dinləyicilərə Orta şərqin tarixi haqqında məlumat verib. Olduqca maraqlı faktlara toxunan Ərdoğan bu torpaqların keçmişdə Osmanlı varidatı  olduğunu xatırladıb. Orta şərqin müasir xəritəsini isə I Dünya müharibəsi ilə əlaqələndirən prezident maraqlı bir məsələyə toxunaraq nitqinə davam edib. Belə ki, tarix ədəbiyyatlarında  “Çörçilin hıçqırığı” adı ilə düşmüş bir hadisəni yada salan Ərdoğan bunun əsas mahiyyətinin orta şərqin hazırki xəritəsindəki ziq-zaq ilə əlaqələndirib. Ərdoğan “ Adlarını çəkməyəcəm,  amma, orta şərq dövlətlərindən ikisinin xəritəsində ziq-zaq var. Buna da Çörçilin hıçqırığı deyilir.” , deyə qeyd edib.

Ərdoğanın səsləndirdiyi bu fikirin tam izahını isə biz sizə təqdim edirik.

Belə ki, Türkiyə Prezidentinin səsləndirdiyi bu fikir tarix ədəbiyyatlarında məşhur hadisələrdən biridir. Lakin, söylənilənlər rəvayət olaraq qiymətləndirilsə də, burada müəyyən qədər həqiqət tapmaq olar.  Hazırda İordaniya ilə Səudiyyə Ərəbistanının xəritələrinə fikir versək onların sərhədlərinin Omana yönələn hissəsində ziq-zaqları görmək elə də çətin olmaz. Rəvayət olunur ki, I Dünya müharibəsi illərində orta şərqin xəritəsinin müəyyənləşdirilməsi inglis dövlət adamı Uinston Çörçilə tapşırılıb. Uinston Çörçilin isə sərhədləri cızan zaman hıçqırması və bunun nəticəsində də iki dövlətin sərhəddində ziq-zaqın yaranması rəvayət edilir. Onu da qeyd edim ki, bu hadisə rəvayət olaraq hesab edildə də, orta şərqin dünəni qədər bu günündə də olduqca güclü təsirə malik olmuşdur.

 

 

 

Samir Mehralıyev

Tarix
13 Oktyabr 2014 [16:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin