Rusiya koronavirusa yoluxanların sayına görə Türkiyəni keçdi

13:05 - 2 May 2020 - DÜNYA

Rusiyada son bir gündə 9 623 nəfərə koronavirus diaqnozu qoyulub.

Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 124 054 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 57 nəfər artaraq 1 222-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 15 013 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 5 358.

Qeyd edək ki, Rusiya yoluxma hallarının sayına görə dünyada Türkiyəni də geridə qoyaraq 7-ci sıraya yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 402 000-i ötüb. Bunların 1 084 606 nəfəri sağalıb, 239 653 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanınadını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.///report

Xəbər xətti