Samuxda avtomobil çaya aşıb, azyaşlı ölüb - Foto

04:08 - 2 May 2020 - HADİSƏ

Samuxda ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Lüksemburq kəndinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan “VAZ 21 06” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil Kür çayına aşıb. Qəza zamanı 6 yaşlı uşaq boğularaq ölüb, 3 nəfər isə ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.  Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti