Azərbaycanda tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ

18:55 - 1 May 2020 - Xəbər

“Tibbi maskalardan istifadənin məcburi olması ilə bağlı hökumətə müraciət edilib".

Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, bir sıra müəssisələrdə və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olacaq: "Tibbi maskalardan istifadənin zəruriliyi ilə bağlı qaydalara nəzarət isə adiyyəti qurumların səlahiyyətindədir. Bu qaydalar məcburidirsə, təbii ki, arxasında cərimələr də dayanmalıdır”.///report

Xəbər xətti