Bakıda eyni yolda ikinci dəfə çökmə oldu - Video

15:43 - 1 May 2020 - Xəbər

Bakıda avtomobil yolu çöküb.

Musavat.com xəbər verir ki, hadisə Nizami rayonunun Mehdi Abbasov küçəsində baş verib.

Asfaltın çökməsi nəticəsində yolun bir hissəsində hərəkət dayanıb.

İlkin ehtimala görə, çökmənin baş verməsinə səbəb yer altında olan su borusunun partlamasıdır.

Xatırladaq ki, bir müddət əvvəl eyni ərazidən təxminən 10 metr məsafədə də yol çökmüşdü.

 

Xəbər xətti