DTX-nin həbs etdiyi sabiq icra başçısı bu ittihamlarla tutulub

11:04 - 1 May 2020 - Xəbər

Ötən gün Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilən Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevə qarşı istintaq orqanı tərəfindən hansı ittihamların irəli sürüldüyü məlum olub. 

Oxu.Az xəbər verir ki, keçmiş başçı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma və mənimsəmə faktlarında təqsirli bilinib.

Qeyd edək ki, M.Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. 

Xəbər xətti