İsraildə koronavirusa yoluxanların sayı 16 minə çatıb

23:34 - 30 Aprel 2020 - DÜNYA

İsraildə koronavirusa yoluxanların sayı 15 946 nəfərə çatıb. “Report” xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb. Bildirilib ki, son sutkada ölkədə 76yeni yoluxma, 3 ölüm hadisəsi qeydə alınıb. Koronavirusdan ölənlərin ümumi sayı 222-yə çatıb, indiyədək 8 561pasiyent sağalıb. Hazırda 7 163 nəfər xəstəxanada müalicə alır. Onlardan 105-nin vəziyyəti ağırdır. 

Xəbər xətti