Rusiya Baş naziri koronavirusa yoluxdu

21:34 - 30 Aprel 2020 - DÜNYA

Rusiyanın Baş naziri Mixail Mişustində koronavirus aşkarlanıb.

Bu barədə Baş nazir Rusiya prezidenti Vladimir Putin ilə video danışıq zamanı deyib. M.Mişustin bildirib: " İndicə məlum oldu ki, koronavirus üçün etdiyim testlər müsbət nəticə verib".

O, birinci müavini Andrey Belousovu xəstəliyi olduğu müddətdə Nazirlər Kabineti rəhbərinin vəzifəsinə namizəd kimi irəli sürüb:
"Hökumət ştat rejimində işləməyə davam edəcək, bütün əsas məsələlərdə telefon və video ilə aktiv əlaqə qurmağı planlaşdırıram. Müvəqqəti vəzifələrimi icra edən şəxs qismində [Baş nazirin birinci müavini] Andrey Removiç Belousovun namizədliyini təklif edirəm".///trend

Xəbər xətti