Ana səhifə
20 Noyabr 2018

Qəzaya düşən aktyordan xəbər var - FOTO

Ağır yol qəzası keçirmiş Türkiyənin tanınmış aktyorlarından olan Taner Karadağlı əməliyyat olunacaq. Ucnoqta.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə aktyorun çəkildiyi “Çoçuklar duymasın” serialının qəhrəmanlarından biri Havuç rolunu canlandıran aktyor Furkan Kızılay deyib. Onun sözlərinə görə, Taner Karadağlı ilə görüşüb bu gün və durumu yaxşıdır. Aktyorun hər iki biləyində qırıq olduğundan o, tezliklə əməliyyat olunacaq.

 

Qeyd edək ki, dünən Azərbaycan əsilli aktyor Taner Karadağlı Bursanın İzinlik qəsəbəsində motosiklet sürərkən qəzaya düşüb. O, dərhal xüsusi ambulans helikopterlə İstanbuldakı özəl klinikaların birinə gətirilib.

 

Aktyorun sənət dostu və "Çocuklaq duymasın" serialdakı tərəf müqabili Pınar Altuğ təcili olaraq klinikaya gedib və dostuna baş çəkib. O, jurnalistlərə açıqlamasında Tanerin həyatına təhlükə olmadığını, yaddaşının itmədiyini və tezliklə yaxşılaşacağını deyib.

Tarix
13 Oktyabr 2014 [16:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin