Müəllim olmaq hər dövrdə fədakarlıq tələb edir. Bu günkü qəhrəmanımız isə məhdud imkanlar çərçivəsində belə peşəsini icra etməkləməsləyinin nə qədər müqəddəs olduğunu bir daha sübut edib.
Bakı şəhəri 71 saylı tam orta məktəbin riyaziyyat müəliməsi Arzu Cəfərova evinin mətbəxindəki məişət əşyalarını dərs avadanlığı olaraq istifadə edir. Paltaryuyan maşını dairəvi diaqonal, soyuducunu isə dərs lövhəsi...
O, həm əsgər anasıdır, həm də məktəbli. İkiotaqlı, darısqal evinin balaca mətbəxini özünün sinif otağına çevirən Arzu müəllimə uşaqlara yüksək əhval-ruhiyyə ilə dərs keçir. Hələ üstəlik mətbəxdəki əşyaları da dərs avadanlığı olaraq istifadə edir.Əvvəl dərsi soyuducuya yazır, sonra onu mətbəx dəsmalı ilə silir. Və beləcə, bir qadının həyatının bütün məqamları onun peşəsində birləşir.
Bu Arzu müəllimənin birinci ideyası deyil. O, tədris elədiyi riyaziyyat fənnini şagirdlərin mənimsəməyi üçün bəzən musiqidən də istifadə edir. Özü də deyir ki, bu, şagirdlərə qəribə gəlmir, çünki onlar artıq öyrəşiblər.
Bu mətbəxdə paltaryuyan maşının da öz rolu var. O təkcə paltar yumur, həm də hissələrə bölünür.
Arzu müəllimə öz peşəsinə bağlılığı ilə bu gün bizə də dərs keçdi. Bir peşəkar üçün hər yerin məktəb olduğunu, bir şagirdin əlindən tutmaq istəyən, onun gələcəyində rolu olmaq istəyən hər müəllim üçün hər yerin tədris ocağı olduğunu göstərdi.