Türkiyədə zəlzələ olub

14:39 - 30 Aprel 2020 - DÜNYA

Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 4,2 bal gücündə zəlzələ olub. APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla 11.45-də yerin 12.55 kilometr dərinliyində baş verib və təkanlar Malatyada, eləcə də ətraf rayonlarında hiss edilib. Muğlada isə zəlzələ 4,3 bal gücündə olub. Qeyd edək ki, 24 yanvarda Sivricədə 6,8 maqnitudada zəlzələ olub və Elazığda 37, Malatyada isə 4 nəfər olmaqla 41 nəfər ölüb.

Xəbər xətti