Ermənistanda koronavirusa yoluxanların sayı 1 066 nəfərə çatıb

11:05 - 30 Aprel 2020 - Xəbər

Ermənistanda koronavirusa yoluxanların sayı 1 066 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 134 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Həmçinin 2 nəfərin ölümü qeydə alınıb. Bu günədək Ermənistanda 32 nəfər koronavirusun qurbanı olub, 1103 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Xəbər xətti