Bakıda aptekə basqın edilib

09:14 - 30 Aprel 2020 - HADİSƏ

Bakıda aptekdə əczaçıya qarşı soyğunçuluq törədilib. APA-nın məlumatına görə, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən aptekdə qeydə alınıb. Naməlum şəxs əczaçını hədələyərək aptekdə olan 106 manat dəyərində məhsulu götürüb. Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qax rayon sakini, 1999-cu il təvəllüdlü E. Nurməhəmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti