FED uçot dərəcəsi ilə bağlı qərar verdi

23:30 - 29 Aprel 2020 - Xəbər

ABŞ-ın mərkəzi bankının funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) gözlənildiyi kimi illik uçot dərəcəsini 0-0,25 faiz saxlayıb.

Bu barədə maliyyə tənzimçisinin rəhbərliyin iclasının nəticəsinə əsasən xəbərində deyilir. "Davam edən böhran yaxın vaxtlarda iqtisadi fəallığa, məşğulluğa və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir edəcək və bu, orta müddətli perspektivdə iqtisadiyyat üçün əhəmiyyətli riskləri yaradır. Bu hadisələri nəzərə alaraq, komitə federal fondlar üzrə payın məqsədli diapazonunu 0-0,25 faiz səviyyədə saxlamağa qərar verdi", - tənzimləyicinin saytında deyilir.///report

Xəbər xətti