İtaliya çempionatında cari mövsüm ləğv oluna bilər

"İtaliyanın futbol klubları cari mövsümü vaxtından əvvəl bitirib növbəti çempionata üstünlük verməyi təklif edə bilərlər".


Bu barədə ölkənin idman naziri Vinçentso Spadafora "La 7" telekanalına açıqlamasında bildirib.

Onun fikrincə, Fransa futbolunda verilən qərarlar yerli federasiyanı da oxşar addımlar atmağa məcbur edə biləcək.

Nazirin sözlərinə görə, A Seriyasının nümayəndələri ilə növbəti görüşdə sürprizlər ola bilər: "Klubların əksəriyyəti növbəti mövsümə daha yaxşı hazırlaşmaq üçün bizdən cari çempionatı vaxtından tez bitirməyi xahiş edə bilərlər".

Qeyd edək ki, Fransa hökuməti koronavirus pandemiyası səbəbindən sentyabra qədər ölkədə idman yarışlarının keçirilməsinə qadağa qoyub./report

Tarix
29 Aprel 2020 [18:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-04-29 18:12:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin