103 il yaşamış professordan MÜALİCƏVİ DİETA

13:35 - 29 Aprel 2020 - DİGƏR

Məşhur ürək cərrahı, professir Fyodor Uqlov 103 il sağlam yaşayaraq, 99 yaşına kimi cərrahi əməliyyatlar etməsi ilə Ginnesə düşüb.

Onu tanıyanlar bilirdi ki, az yeyib, çox işləyirdi. Professor hesab edirdi ki, xəstəlik və əməliyyatlardan can qurtarmaq üçün vaxtında artıq çəkidən xilas olmaq lazımdır. Xüsusən 50 yaşdan sonra artıq çəki yolverilməzdir.

Ucnoqta.Az Medicina.az-a istinadən əfsanəvi həkimin qida prinsipləri və tövsiyə etdiyi dieta menyusunu təqdim edir. O, ağ çörək və şirniyyatdan imtina, yalnız sutkada 100 qr çovdar çörəyi yeməyi tövsiyə edirdi. Hİsə verilmiş məhsullar, kolbasa, duzlu qidalar da olmaz. Çündə az miqdarda, 4 dəfə yemək lazımdır.

Öz dietasını o Şərq pəhrizi adlandırırdı. Bununla aya 3-4 kq rahat çəki atmaq və orqanizmi təmizləmək mümkündür. Saatlara dəqiq əməl edib qidalanmaq şərtdir.

Gündəlik menyu:

Səhər 8:30-9:00 - Qara çay və ya natural qəhvə, bir soyutma yumurta, 8 ədəd suda isladılmış qara gavalı
Saat 11:00 - Su, meyvə
14:00 - Günorta yeməyi – 200 qram yağsız ət (toyuq, mal əti və s), 100 qram təzə tərəvəz, kələm, kök salatı, 1 ədəd portağal
17:00- 30 qr bərk pendir, alma
20:00 – 250 ml kefir (qatıq), təbii yoqurt

Yeyəndən dərhal sonra yatmayın.

Xəbər xətti