Model xalası ilə ehtiraslı görüntüsünü paylaşdı, gündəm oldu - Foto

12:17 - 28 Aprel 2020 - MAQAZİN

Sosial şəbəkələrdə tanınmış 27 yaşlı model Klaudiya Verqaranı tez-tez 47 yaşlı kolumbiyalı aktrisa Sofiya Verqara ilə müqayisə edirlər. Səbəb isə ikilinin boş zamanlarını birlikdə keçirməsidir.

Karantin günlərini evlərində keçirən Klaudiya və Sofiya hovuz kənarında çəkdirdikləri seksual fotoları ilə gündəmə gəliblər.
“Instagram” izləyiciləri Verqaraların açıq-saçıq pozlarına heyran qalıb, “sanki ikisi də 1992-ci ildəndir” şərhini yazıblar.

Qeyd edək ki, Klaudiya Sofiyanın mərhum qardaşı Rafael Verqaranın qızıdır. Ötən həftəsonu Sofiyanın əri - 43 yaşlı Co Manqanyello və 28 yaşlı oğlu Manolo onlarla birlikdə zaman keçirib.///oxu.az


Xəbər xətti