Türkiyədə koronavirusdan ölənlərin sayı 2 900-ə çatdı

22:12 - 27 Aprel 2020 - DÜNYA

"Türkiyədə son sutkada daha 95 nəfər pandemiyanın qurbanı olub”. “Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib. Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 900 nəfərə çatıb. Nazir həmçinin daha 2 131 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 112 261-ə yüksəldiyini bildirib. F.Koca Türkiyədə indiyədək 33 791nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Xəbər xətti