Peskov Putinlə bağlı yayılan şayiələrə cavab verdi

12:08 - 27 Aprel 2020 - DÜNYA

“Rusiya Prezidenti Vladimir Putin yaşadığı və çalışdığı Moskva yaxınlığındakı “Novo-Oqarevo” iqamətgahındadır”.

Bunu “Arqumenti i faktı” qəzetinə müsahibəsində Kremlin Mətbuat Katibi Dmitri Peskov V.Putinin koronavirusdan Sibir, Valday və gizli bunkerdə qorunmasına dair şayiələrlə bağlı sualı cavablandırarkən deyib.

“Şayiələr həmişə çoxdur. Əksər hallarda onların reallıqla əlaqəsi olmur”, - deyə D.Peskov bildirib.///oxu.az

Xəbər xətti