Azərbaycanda bu gündən bu iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir - SİYAHI

08:00 - 27 Aprel 2020 - Xəbər

Azərbaycanda bu gündən bəzi iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir.

Ucnoqta.az xəbr verir ki, bu barədə aprelin 24-də Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib. COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 2020-ci il 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılması qərarına əsasən, aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bu gündən bərpa olunur:

 fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)
kitab satışı
qəzet satışı
dəftərxana mallarının satışı
çap və sürətçıxarma fəaliyyəti
fotoatelye/fotostudiyalar
fərdi mənzillərdə təmizlik xidmətləri
dərzi xidmətləri
kosmetika və ətriyyat satışı
geyim satışı
ayaqqabı və dəri məmulatlarının satışı
qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri
kompüter avadanlıqlarının satışı və təmiri
elektronika və məişət texnikasının satışı
mebel satışı
avtomobil satışı
kimyəvi məhsulların satışı
gül və bitki məhsullarının satışı
kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı
gübrə və aqrokimyəvi məhsulların satışı

Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.

Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

Xəbər xətti