Belarusda koronavirusa yoluxanların sayı 9 500-ü ötdü

18:25 - 25 Aprel 2020 - DÜNYA

Belarusda koronavirusa son sutkada 817 yeni yoluxma hadisəsi qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Respublikanın Səhiyyə Nazirliyi yayıb. Bildirilib ki, yoluxanların ümumi sayı 9 590-a çatıb. Ölkə üzrə 67 pasiyent virusun qurbanı olub.

Məlumata görə, 1 573 nəfər infeksiyadan sağalıb. Belarus üzrə 139 295 test keçirilib.

Xəbər xətti