Mikayıl Cabbarov: Maliyyə dəstəyi may ayında da göstəriləcək

17:50 - 25 Aprel 2020 - Xəbər

“Sahibkarlar üçün dövlət tərəfindən verilən dəstəyin aprel və may ayı üçün olması nəzərdə tutulub. Çünki karantindən çıxma dövründə iqtisadi fəallıq dərhal bərpa edilməyəcək”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən tövsiyələr verilərkən müəyyən variantlar nəzərə alınıb:

“Karantin rejiminin yumşaldılması ilə bağlı tövsiyələrdə ticarət, istehsalat müəssisələrində minimal sayda işçilərin işə cəlb edilməsi qeyd edilib. Bu, sanitar-epidemioloji qaydalardan irəli gələn məsələdir”.

“Belə olan şəraitdə fəaliyyət tam həcmdə bərpa edilmədiyi üçün bu, müəssisələrin işgüzar aktivliyinə, müştəri və həyata keçirilən əqdlərin saylarına da təsir göstərəcək”, - deyə nazir qeyd edib.///oxu.az

Xəbər xətti