“Bəllidir ki, karonavirus pandemiyası ilə əlaqədar digər sahələrdə olduğu kimi teatr sahəsində də (düzdür, virtual tamaşalar gedir) işlər müvəqqəti dayandırılıb. Təbii ki, bu hal incəsənət nümayəndələri üçün çətindir, amma nə etmək olar?! Dünyanı ağuşuna alan bu xəstəliklə mübarizədə, əlbəttə ki, kütləvi tədbirlərə qadağa qoyulmalı idi və qoyuldu. Hökumətin çevik reaksiyası nəticəsində xəstəliyin sürətlə yayılmasının qarşısı alındı. Buna görə Cənab Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm”. Bu sözləri “Ucnoqta.az” saytına açıqlamasında Gənc Tamaşaşılar Teatrının aktrisası Xalq artisti Nübar xanım Novruzova söylədi:
“Bilirsiniz, çətin bir dövr yaşayırıq. Dünyada sürətlə yayılan bu xəstəlik bizim də ölkəmizdən yan keçmədi. Xəstəliyin kütləvi xarakter halını almaması üçün Prezident cənab İlham Əliyev qabaqlayıcı tədbirlər gördü. Cənab Prezidentə öz minnətdarlığımı bildirirəm.
Dövlət insanlara sosial yardımlar ayırdı, maliyyə dəstəyi göstərdi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə yardımlar edildi. Bütün bunlara görə də Cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanıma təşəkkür edirəm.
Bu, Allah tərəfindən verilmiş bir sınaqdır. Allahın izni ilə bu bəladan tez qurtularıq”.
Mən eyni zamanda bu günlərin görünməz qəhrəmanları olan həkimlərimizə də minnətdaram. Onların gərgin əməyi nəticəsində insanlar şəfa tapır”.
Rövşən Tahir