Nazir: “Sahibkarlar yeni qaydaları başa düşməli və tətbiq etməlidir”

17:17 - 25 Aprel 2020 - Xəbər

“Pandemiyanın müddətini dəqiq proqnozlaşdırmaq mümkün deyil və bu müddət qaydalara riayət edilməsindən asılıdır”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, sahibkarlar yeni qaydaları başa düşməli və tətbiq etməlidir.

"Fərdi gigiyena və sosial məsafə gündəlik həyata çevrilməlidir", - deyə nazir qeyd edib.///Apa

Xəbər xətti