Bu Ramazan hansı məşhurlar oruc tutacaq? - SORĞU

23:06 - 24 Aprel 2020 - Xəbər

Sabahdan Ramazan ayı başlayır. Bəs məşhurlardan kimlər bu ayda oruc tutacaq?

Buta.ws məşhurlardan hansının oruc tutacağı ilə bağlı onlara müraciət edib.
Əməkdar artist Nüşabə Ələsgərli özü və ailəsinin oruc tutacağını bildirdi. Həmçinin əməkdar artistlərdən Gülüstan Əliyeva və Sənubər İsgəndərli də açıqlamasında oruc tutacağını bildirdi. Sənubər İsgəndərli Ramazan ayında insanlara təkcə oruc tutmaqla yox, niyyətlərinin, əməllərinin saflığı ilə savab qazanmağı arzu edib. 
Roza Zərgərli və Mina Hüseynli ilə də oruc tutmaq niyyətindədirlər. Tanınmış müğənni Mina Hüseynli bildirib ki, Ramazan ayı onun üçün ən huzurlu aylardandır, bu ayda ruhu dincəlir.

Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva da Ramazan ayı ilə bağlı açıqlama edib: "Bütün dünya müsəlmanlarını Ramazanın gəlişi ilə təbrik edirəm. Bu ay bizim ən mübarək ayımızdır. İnşAllah bu ay Allah bizim günahlarımızı bağışlasın. Bizi bu kimi böyük sınaqlardan uzaq eləsin. Şükür ki, salamatçılıqla bu Ramazana da gəlib çatdıq. Müsəlman olaraq oruc tutmaq borcumdur və əlbəttə ki, oruc tuturam. Bu insanlara ilboyu verilən bir fürsətdir ki, daha çox dua edəsən. İradə möhkəmliyi, nəfsinə güc gəlmək qabiliyyətini inkişaf etdirmək üçün fürsətdir. İnsan bu ayda özü-özünə dərs keçir. Bu karantin vaxtında daha da bilindi ki, bizim xalqımız bir-birinə əl tutmağı sevir. Sahib olduğunu digərləri ilə paylaşır, sovqatlaşır. Bizim Azərbaycanımızda bu təkcə Ramazan ayında olmur. Bu çox xoşdur. Ramazan ayının bur gözəlliyi də elə paylaşmaqdadır. Bu da eqoistliyə güc gəlmək deməkdir. Bu daxili aləminlə, hislərinlə mübarizə aparmaq üçün fürsətdir. Mən də bu fürsəti heç vaxt əldən verə bilmərəm. İnsanıq, səhv edə bilərik. Bəzən işin çoxluğundan ibadətimizi yetəri qədər etməyə bilərik. Nə yaxşı ki, Ramazan ayı var. Biz ibadətimizi edə bilirik. Çox şükür. Allah tutduğunuz orucları qəbul etsin".


Meyxanaçı Samirə isə bildirib ki: "Mən və ailəm artıq 40 gündür "oruc tutur". İş yox, qazanc yox. ( gülür) Amma anam oruc tutacaq. Həm də oruc tutanda namaz qılmaq lazımdır. Heç olmasa birinə əməl etmək lazımdır. Həm də məndə şəkər xəstəliyi var ona görə də oruc tuta bilmirəm. İkinci də mən imuntetimi aşağı sala bilmərəm. Koronovirusa yoluxmamaq üçün güclü immun sistemi lazımdır. Yemək yemək lazımdır. Məcbur bu il oruc tuta bilməyəcəm. Allah bağışlayandır, bir il tutmasam olar. Oruc tutanların oruclarını Allah qəbul eləsin".

 

Mediadan xeyli müddətdir uzaq olan sevimli müğənni Arzu Mələk isə bütün ailəsinin oruc tutacağını açıqladı. Xanım ifaçı təzyiqdən əziyyət çəkdiyinə görə oruc tuta bilmir. Hətta Arzu xanım bəzən başının işə qarışıb yemək yeməyəndə halının çox pisləşdiyini də diqqətə çatdırdı.


Mənzurə Musayeva isə ailəsinin oruc tutacağını bildirsə də, özü oruc tutmayacaq. Bunun xüsusi səbəbi olduğunu bildirən ifaçı, bunu mediadan gizlədi. 

 

Əməkdar artist Xumar Qədimova isə xüsusi səbəbi olmasa da bu il oruc tutmayacaq. 

Xəbər xətti