Türkiyədə pandemiya qurbanlarının sayı 2 600 nəfərə çatdı

20:28 - 24 Aprel 2020 - DÜNYA

"Türkiyədə son sutkada daha 109 nəfər pandemiyanın qurbanı olub”.

Bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib. Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 600 nəfərə çatıb. Nazir həmçinin daha 3 122 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 104 912-yə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 21 737 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.///report

Xəbər xətti