“ASAN” Könüllüləri və “Azərsun”dan polislərə təşəkkür!

19:39 - 24 Aprel 2020 - Xəbər

“ASAN" Könüllüləri Təşkilatı  "Azərsun" Holdingin xüsusi karantin rejimi dövründəki  sosial təşəbbüsünə dəstək göstərib.

Ucnoqta.az xəbər verir ki, 4 gün müddətini əhatə edəcək layihə çərçivəsində Bakı şəhəri ərazisində 2 növbə  üzrə   160 stasionar postda xidmət aparan polis əməkdaşlarına  ASAN könüllüləri tərəfindən "Azərsun" məhsulları və çay termosları hədiyyə olunacaq.

#VAROLUN sosial çağırışı ilə həyata keçiriləcək layihənin məqsədi xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşlarımızın təşəkkür mesajının çatdırılmasıdır.


Xəbər xətti