Azərbaycanda koronavirusa yoluxanların yaş göstəriciləri AÇIQLANDI - RƏSMİ

19:32 - 24 Aprel 2020 - Xəbər

“Azərbaycanda koronavirusa yoluxanlardan 50-59 yaş arasında olanlar üstünlük təşkil edir”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, ikinci yerdə 30-39 yaş arasında olan xəstələr gəlir:
“Koronavirusa yoluxan xəstələrin 5 faizi 0-9 yaş arasında olanlar, 2 faizi isə 80 yaşdan yuxarı olan şəxslərdir. Yoluxanların 54 faizi qadınlar, 46 faiz kişilər təşkil edir”.

R.Bayramlı qeyd edib ki, koronavirusdan vəfat edənlər arasında, əsasən, 60-69 yaş arasında olanlar üstünlük təşkil edib:
“Yalnız bir xəstəmiz 40-49 yaş arası olub. Həmin xəstədə isə qaraciyər serrozu olduğu üçün belə nəticələnib”.///oxu.az

Xəbər xətti