Saakaşvili Zelenskinin vəzifə təklifini qəbul edib

15:51 - 24 Aprel 2020 - DÜNYA

Gürcüstanın sabiq Prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin vəzifə təklifini qəbul edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə M. Saakaşvili bu gün “Xalqın xidmətçisi” fraksiyasının üzvləri ilə görüş öncəsi bildirib. “Mən Prezident Zelenskinin təklifini qəbul etdim”, - deyə Gürcüstanın sabiq Prezidenti vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl V. Zelenski M. Saakaşviliyə Ukrayna Baş Nazirinin islahatlar üzrə müavini vəzifəsini təklif edib.

Xəbər xətti