Amerikalı həkimlər COVID-19-un yeni simptomunu aşkarlayıblar.
“Report” “USA Today”ə istinadən xəbər verir ki, həkimlər həmin əlaməti “koronavirus barmaqları” adlandırıblar. Məlumata görə, bu simptom özündə göy, ya da al-qırmızı rəngə bürünmüş ayaq barmağının zədələnməsini ehtiva edir.
Pensilvaniya Universitetinin infeksionisti Ebbinq Lautenbaxın sözlərinə görə, həmin ləkələr çox vaxt qıcıq və toxunuş zamanı ağrı verir.
Araşdırmaçılar bu əlaməti həm kəskin respirator distress sindromu olan ağır xəstələrdə, həm də xəstəliyin simptomsuz keçdiyi gənclərdə, həmçinin uşaqlarda müşahidə edildiyini vurğulayıblar.
Bununla yanaşı, “koronavirus barmaqları” hələ xəstəliyin ilkin mərhələlərində, başqa sözlə, testin neqativ çıxa biləcəyi vaxtda görülə bilər.