Səməd Seyidov: "Danışıqların pozulması ilə bağlı məsuliyyət Ermıənistanın boynundadır"

12:15 - 24 Aprel 2020 - Xəbər

Səməd Seyidov XİN rəsmilərini parlamentə dəvət olunmasını təklif etdi

Qarabağ Azərbaycandır! Bu sadəcə söz deyil, bir fəlsəfədir, azərbaycançılıq mövqeydiir. Bu mövqe ilə danışıqları, görüşlərimizi, həyatımızı təşkil etməliyik. Zohrab Mnatsakanyanın sonuncu bəyanatı azərbaycançılığa qarşı təxribatdır. Bu, birinci təxribat deyil, amma elə etmək lazımdır ki, sonuncu olsun. Bu sözləri Milli Məclisdə çıxışı zamanı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib. Deputat deyib ki, erməni tərəfi əllərindən gələni edəcəklər ki, status-kvo saxlanılsın: “Onlar prezidentləri deviriblər, parlamenti gülləbaran ediblər, türmədə insanları çürüdüblər. Hər cinayətə ələ atıblar ki, status-kvonu saxlasınlar. Bunlar alınmaynda isə danışıqlardan qaçıblar. Parisdə Köçəryan tənəffüs adı ilə təyyarəsinə minərək qaçıb”.

Komitə sədri bildirib ki, indiki hakimiyyət isə guya danışıqlara üçüncü tərəfi qatmağa çalışır, danışıqlardan çıxmaq haqda danışır: “Amma bu da alınmır. Çünki cənab prezidentin apardığı xarici və daxili siyasət Ermənistanın iç üzünü açıq ortaya qoyub. Münxen Təhlükəsizlik Şurasında cənab prezident üçüncü tərəfin danışıqlara qoşulmasına imkan vermədi. Nəhayət, vasitəçilər Azərbaycanın mövqeyini, yəni mərhələli həll variantını dəstəklədikdən sonra erməni tərəfi təxribata başlayıb. Hesab edirəm ki, bununla bağlı biz müəyyən addımlar atmalıyıq. Əziz həmkarlar, biz bəyan etməliyik ki, danışıqların pozulması ilə bağlı məsuliyyət Ermıənistanın boynundadır. Həmçinin vasitəçilər bununla bağlı möğvqe ortaya qoymalıdır. Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Biz indi daha güclüyük. Cənab prezident bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz”.

S.Seyidov Xarici İşlər Nazirliyinin nümayəndələrinin də dəvət edilərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövzuda parlamentin komitələrində iclasların keçirilməsini də təklif edib.
Spiker Sahibə Qafarova Komitə sədrinin təklifinin nəzərə alınacağını bildirib.///publika.az

Xəbər xətti