ABŞ Dövlət katibi Çini təhdid etdi

09:57 - 24 Aprel 2020 - DÜNYA

ABŞ Dövlət katibi Mayk Pompeo Çin hakimiyyətinin COVID-19 pandemiyasının yayılması ilə bağlı məlumatları gizlətdiyi üçün məsuliyyət daşıdığını açıqlayıb.

Bu barədə “Fox News” telekanalı məlumat yayıb. Onun sözlərinə görə, Çin hökumətinin fəaliyyəti nəticəsində çox sayda insan ölüb. Dünya və ABŞ iqtisadiyyatı böyük problemlərlə üzləşib. M.Pompeo, həmçinin, Çinin Kommunist Partiyası ilə münasibətlərdə şəffaflığın olmamasına görə təəssüfləndiyini bildirib.

“Çinin Kommunist Partiyası etdiklərinin əvəzini ən azı ABŞ qarşısında ödəyəcək”, - deyə M.Pompeo qeyd edib.

Xəbər xətti