Karantin rejimi başlayandan fəaliyyəti dayandırılan obyektlərdən biri də şadlıq saraylarıdır. Qarşıdakı aylarda karantin rejiminin yumşaldılıb yumşaldılmayacağı haqda bir məlumat olmasa da, şadlıq evləri fəaliyyətlərinə icazə veriləcəyinə ümid edir.
Buna görə də, formal toy sifarişlərinin qəbuluna başlayıblar. Artıq restoranlarda qarşıdakı aylar üçün boş yer yoxdur. Ölkədə elan edilən karantin dövrü bitməsə də, artıq şadlıq evlərində toy üçün rezervlər başlayıb. Restoran administratorlarının sözlərinə görə, may, iyun aylarında demək olar ki artıq bütün günlər tutulub. Həftənin hər gününə toy yazılıb.
İnzibatçılar bildiriblər ki, Ramazan ayının maya rast düşməsinə baxmayaraq hətta bu ayda da toylarını etmək istəyən insanların sayı kifayət qədərdir. Yazılan toyların bir hissəsi isə karantin başlamazdan əvvəl rezerv olunanlardır.
Administratorlar bildirirlər ki, toylar hələlik formal olaraq yazılıb. Çünki, restoranlar rəsmi icazə verildikdən sonra fəaliyyətə başlayacaq.///xezerxeber