Teymur Rəcəbovla bağlı FİDE rəhbərliyinə müraciət edildi

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəhbəri Arkadi Dvorkoviçə məktub ünvanlayıb.

Məkbubda dünyanı bürüyən koronavirus pandemiyası zamanı Rusiyada bütün idman yarışlarının təxirə salındığı yada salınaraq, bununla belə Yekaterinburq şəhərində şahmat üzrə İddiaçılar Turnirinin təşkili barədə yazılıb.
Azərbaycan Şahmat Federasiyası FİDE rəhbərliyindən Teymur Rəcəbovun hüquqlarını qorumağı və Azərbaycan şahmatçısını İddiaçılar Turnirinə qaytarmaqla ədaləti bərpa etməyi xahiş edib.

Qeyd edək ki, Teymur Rəcəbov iştirakçıların sağlamlığının təhlükə altına alınması səbəbindən İddiaçılar Turnirinin başqa təxirə salınmasını təklif edib. FİDE bununla razılaşmayıb və Teymur Rəcəbov Maksim Vaşye Laqravla əvəzlənib. Nəticədə koronavirus pandemiyasına görə turnir martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub. Turnirin başqa vaxtda davam etdiriləcəyi açıqlanıb.

Tarix
23 Aprel 2020 [20:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-04-23 20:02:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin