Merkel: “Uzun pandemiya dövrünə hazırlaşmalıyıq”

16:46 - 23 Aprel 2020 - DÜNYA

“Uzun koronavirus pandemiyası dövrünə hazırlaşmaq lazımdır”.

“İnterfaks”ın məlumatına görə, bunu Almaniya kansleri Angela Merkel deyib. “Biz pandemiyanın final mərhələsini deyil, hələ başlanğıcını yaşayırıq. Biz uzun müddət bu virusla yaşamalı olacağıq”, - deyə A.Merkel bildirib.

O qeyd edib ki, hazırda virusla bağlı vəziyyət “aldadıcıdır”, buna görə də ehtiyatlı davranmalı və ictimai məhdudiyyətlərə əməl etməliyik.///oxu.az

Xəbər xətti