Çinin qeydə almadığı yoluxma hallarının sayı AÇIQLANDI

16:34 - 23 Aprel 2020 - DÜNYA

Koronavirus pandemiyasının miqyasını dünyadan gizlətməkdə ittiham edilən Çində yoluxanların gerçək sayı ilə bağlı araşdırma aparılıb.

Honkonq Universitetinin apardığı araşdırmanın nəticələri “Lancet” jurnalında yayımlanıb. Araşdırmanın sonuclarına görə, ilkin dalğada 230 mindən çox yoluxma faktı gözardı edilib. Fevralın 20-də Çinin 55 min yoluxma halının qeydə alındığını açıqlamasına baxmayaraq, gerçək rəqəmlər bundan 4 dəfə çox olub.

Bildirilib ki, 15 yanvar-3 mart tarixləri arasında ölkənin Milli Səhiyyə Komissiyası 7 dəfə diaqnozun təyin edilməsində rol oynayan faktorları yeniləməyə məcbur qalıb. Belə ki, yüngül simptomlar və Uhanla heç bir bağlantısı olmayan pasiyentlərdə də koronavirus diaqnozunun ola biləcəyi açıqlanıb.///report

Xəbər xətti