Ermənistanda koronavirusa yoluxanların sayı 1 500-ü ötdü

11:24 - 23 Aprel 2020 - Xəbər

Ermənistanda daha 50 nəfərdə koronavirus aşkarlanıb. “Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 523-ə çatıb. 24nəfər ölüb. Bildirilib ki, indiyədək 659 nəfər virusdan sağalıb. Qeyd edək ki, aprelin 22-nə olan məlumata görə, ölkədə bir gündə 72yoluxma faktı qeydə alınmışdı.

Xəbər xətti