Ana səhifə
21 Sentyabr 2018

Polşalı Nazir Bakıya gələcək

Ucnoqta.az” xəbər verir ki, Oktyabrın 14-17-də Polşanın infrastruktur və inkişaf naziri Marçin Kubyakın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək.

Polşanın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfərin məqsədi “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda keçiriləcək Beynəlxalq Konfransda iştirak etməkdir.

Nümayəndə heyətinə “Pesa” və “Tines” şirkətləri daxildir.

Səfər çərçivəsində polşalı nazir Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla görüşəcəyi bildirilir. Bununla yanaşı, polşalı nümayəndə heyəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Bakı Metropoliteni” və “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi ilə görüşəcək.

 

Tarix
13 Oktyabr 2014 [15:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin