Samux sakini 2 saatlıq icazə ilə rayondan çıxmaq istədi- həbs edildi- Foto

14:34 - 22 Aprel 2020 - Xəbər

Aprelin 20-də Samux rayon sakini Şahmar Əliyev 8103 nömrəsinə müraciət edərək evdən 2 saatlıq çıxmağa icazə alıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, lakin o, müvafiq icazəni təyinatı üzrə istifadə etmək əvəzinə rayon ərazisini tərk etmək istəyib. Bu zaman rayonun çıxışında xidmət aparan polis əməkdaşları, vətəndaşa karantin qaydalarını izah edərək bunun yolverilməz olduğunu bildiriblər və ondan geri qayıtmasını tələb ediblər.

Ş. Əliyev polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, onların xidmətinə mane olmağa çalışdığına görə saxlanılaraq Samux rayon Polis Şöbəsinə gətirilib. Məhkəmənin qərarı ilə Ş. Əliyev 10 gün müddətə inzibati qaydada həbs edilib.


Xəbər xətti