ÜST: Dünyada koronavirusa yoluxanların sayı 2,4 milyona çatır

00:44 - 22 Aprel 2020 - DÜNYA

Dünyada koronavirus qurbanlarının sayı 162 min nəfəri ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verib. Təşkilat qeyd edib ki, dünyada COVID-19-a yoluxanların sayı 2 397 216 nəfər təşkil edir. ÜST-ün son məlumatına görə, dünyada son bir gün ərzində koronavirusdan 5 109 ölüm qeydə alınıb, bununla yanaşı, daha 83 min insan COVID-19-a yoluxub.

Yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. Köhnə qitədə 1 187 184 nəfər koronavirus daşıyıcısıdır. ///report

Xəbər xətti