Koronavirusla bağlı yeni araşdırmanın nəticələri açıqlandı

18:04 - 21 Aprel 2020 - DÜNYA

Avstraliya və Tayvandan olan bir qrup araşdırmaçı alim SARS-CoV-2-nin əhəmiyyətli mutasiyasını aşkarlayıblar.

Bu barədə yazı “BioRxiv” elmi resursunda dərc olunub.

Bildirilib ki, yeni növ koronavirus RNK-viruslara aid edilir. Ona yayılma dövründə yüksək templi mutasiya xasdır.

Araşdırmaçılar koronavirus törədicisinin 106 örnəyinin genetik quruluşunu incələyiblər. Nümunələr ABŞ, Çin, İspaniya da daxil olmaqla 54 ölkədən toplanıb.

Mutasiya yanvarın 27-si Hindistandakı pasiyentdən alınmış nümunədə aşkarlanıb. Mutasiya virusun genomunu elə dəyişdirib ki, patogen zəifləməyə başlayıb və insan hüceyrələri ilə bağlantı qurmaq bacarığı azalıb. Beləliklə, virus insan üçün daha az təhlükəyə çevrilib.

SARS-CoV-2 həmçinin koronavirusun digər növü olan SARS virusu ilə müqayisə olunub. Müəyyən olunub ki, SARS-CoV-2-nin genomu SARS virusundan mutasiyalara qarşı daha dayanıqlı və stabildir. Alimlər ümid edir ki, SARS-CoV-2 genomunun dayanıqlığı vaksin hazırlama işlərini sürətləndirəcək.///report

Xəbər xətti